DİN-dən vətəndaşlara cərimə xəbərdarlığı

DİN-dən vətəndaşlara cərimə xəbərdarlığı
SOSİAL
11:16 19.02.2021
2251
Pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir:

"Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə özünü, yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.

İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər.

Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normaları var. Bu hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.

Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimələr tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir.

Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI