DİN-dən Yasamalda hər gün peyda olan mavilərlə bağlı - AÇIQLAMA

DİN-dən Yasamalda hər gün peyda olan mavilərlə bağlı -  AÇIQLAMA
Bütün Xəbərlər
16:02 18.06.2014
2938

"Ünvanlar daimi nəzarətdədir"

Yasamal payon sakinlərindən bir qrupunun Prezident Adminstrasiyasına və rayonun İcra Hakimiyyətinə ünvanladıqları müraciətdə vətəndaşları narahat edən məsələlərə münasibət bildirən DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib ki, sakinlərin haqlı narazılıqları, narahatlıqları başadüşüləndir: "Lakin bununla belə, bildirmək istərdim ki, onların müraciətlərində göstərdikləri ünvanlar daimi nəzarətdədir və Yasamal RPİ-nin əməkdaşları tərəfindən  mütəmadi olaraq oralarda reydlər keçirilir. Belə tədbirlər nəticəsində öz hərəkətləri və davranışları ilə sakinlərin narazılıqlarına səbəb olan onlarla şəxs barəsində  inzibati tədbir görülüb, hətta bir neçəsi konkret fakta görə cinayət məsuliyyətinə cəlb edilib. Yəni demək istəyirəm ki, belə müraciətlər olsa da, olmasa da  qeyd edilən küçələrdə polis əməkdaşları öz xidməti vəzifələrini həmişə fasiləsiz olaraq həyata keçirib, ardıcıl olaraq reyidlər təşkil edib. Vətəndaşlarımız əmin ola bilərlər ki, bu tədbirlər daimidir və bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Yasamal sakinləri cinsi azlıqlara mənsub olan şəxslərin hərəkət və davranışlarından narazılıqlarını ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR