BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

DİN-dən Zirəddinə cavab: “Bu dediklərini yəqin yuxuda görüb”

DİN-dən Zirəddinə cavab: “Bu dediklərini yəqin yuxuda görüb”
SOSİAL
20:11 20.01.2020
3539
“Bu dediklərini yəqin yuxuda görüb”" />
Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan” "Youtube” kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilini tapmaq üçün ondan kömək istədiklərini iddia edib.

AZXEBER.COM sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, cinayətkarı tapmaq üçün polis Zirəddindən niyə kömək istəməlidir ki?!
"Polislər baş verən hər hansı bir cinayətin açılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində də bu cinayətin üstü açıldı. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda istintaq davam edir. Zirəddin yəqin bu dediklərini yuxuda görüb”.

OXŞAR XƏBƏRLƏR