DİN nazir Ziya Məmmədovun qardaşı qızının öldüyü qəza ilə bağlı məlumat yayıb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, ötən gün saat 01 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi “KİA” markalı avtomobili at arabasına vurduqdan sonra eyni istiqamətdə hərəkətdə olan Köhnə-Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi “KamAZ” markalı avtomobil onun avtomobilinə dəyib. R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.