"DİN-in əməkdaşı səhvə yol verirsə, cəzalandırılır" - Vaqif Əsədov

"DİN-in əməkdaşı səhvə yol verirsə, cəzalandırılır" - Vaqif Əsədov
SOSİAL
16:06 25.10.2017
3094

Son günlər sosial şəbəkələrdə və mediada maşını idarə edən zaman söhbət edən sürücünün və onu söhbətə tutan sərnişinlərin cərimələnməsi ilə bağlı rezonans doğuran məlumatlar yayılır. Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədovun bu halla bağlı qanunun tələbini səsləndirməsinin ardından Respublika DYP-nin sözçüsü, polkovnik Kamran Əliyev dünən dövlət televiziyasında bu informasiyanı təkzib edib. İctimaiyyətdə bir dövlət orqanının iki qurumunun mətbuat katiblərinin fərqli açıqlamaları suala və yeni müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, polkovnik Vaqif Əsədov bu gün qafqazinfo-ya məsələnin necə gündəmə gəlməsi barədə təfərrüatları danışıb və bununla da müzakirələrə son qoymaq istədiyini bildirib.

V.Əsədov qeyd edib ki, iki polkovniki üz-üzə qoymaq cəhdi onlardan birinin səhv danışması deməkdir: "Daxili İşlər Nazirliyində səhvə yol verən əməkdaş bağışlanıla bilməz. O, konkret cəzalandırılır. Ola bilməz ki, iki polkovnik bir-birinə zidd informasiyalar verir. Əgər verirsə, ikisindən biri işdən getməlidir. Mən dediyim sözün məsuliyyətini başa düşürəm. 15 ildir sizinləyəmsə, deməli səhv etməmişəm". 

Polkovnik bu söhbətin necə gündəmə gəlməsini də açıqlayıb: "Bu söhbət 16 oktyabrdan başlayıb. Xanım jurnalistlərdən biri mənə sual verərək qanunvercilikdə bu halın necə təsbit olunduğunu soruşub. Mən də qanunda olanları açıqlamışam. Sadəcə bir qrup şəxslərin qəsdən və ya bilmədən informasiya yayaraq yol polisinin fəaliyyətinə kölgə salmaq istəyi sensasion vəziyyət yaradıb. Mətbuatda ardıcıl yazılar getdikdə qeyri-səmimi başlıqların seçilməsi bu gün iki polkovniki üz-üzə qoyub. Mən nə demişəmsə, bir daha təkrar edirəm. Yol Hərəkəti haqda qanunda konkret göstərilib ki, idarəetmədən diqqəti yayındıra biləcək söhbətlərin edilməsi inzibati məsuliyyət yaradır və bunu edənlər məsuliyyətə cəlb edilir. Ancaq hansı formada? Biz bu günə qədər bunu tətbiq etməmişik, heç kim deyə bilməz ki, danışdığıma görə yol polisi məni saxlayıb. Sərnişinlərin də sürücülərin idarəetmədən diqqətini yayındırmasına görə 30 manat cərimə nəzərdə tutulub. Ancaq nə bizdə, nə başqa ölkədə tətbiq edilməyib. Bunu vizual baxışla aşkar etmək mümkündür. Qanunda var, amma təbiq edilməsi üçün sübutedici faktlar ortada olmalıdır. Sübut yoxdursa, necə protokol tərtib edilə bilər? Amma hadisələrin 70 faizi diqqətin yayınması ilə bağlıdır. 

 

Kamran Əliyev mənim dediklərimi təkzib etmir, sadəcə internet saytlarında gedən fikirlər dırnaqarası olduğu üçün son məqamda ona çıxarılır, o da qanunda olduğu kimi açıqlama verir. Bəzi jurnalistlərin gözlərini yumub yazması belə vəziyyət yaradır. Nə qədər informasiya qıtlığı varsa, bu mövzu davam edəcək. Başqa bir mövzu tapılsa, bu yaddan çıxacaq". 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO