DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı - Açıqlama

DİN-in rəsmi səhifəsində vətəndaşa yazılan cavabla bağlı - Açıqlama
SOSİAL
14:11 03.03.2021
786
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi "Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat xidmətindən "report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.

Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa "bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR