DİN Masallıda baş verən partlayışla bağlı məlumat yaydı

DİN Masallıda baş verən partlayışla bağlı məlumat yaydı
Bütün Xəbərlər
14:45 24.03.2014
499

Daxili İşlər Nazirliyi Masallıda qapı-pəncərə sexində baş verən partlayışla bağlı məlumat yayıb.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 23-də saat 15 radələrində Masallı rayonu Mahmudavar kəndinin ərazisində kənd sakini Gülağa Abdullayevə məxsus qapı-pəncərə sexində oksigen balonu ilə ehtiyatsız davranıldığından partlayış baş verib.

Nəticədə sexin pəncərə və qapı çərçivələri dağılıb, G. Abdullayev hadisə yerində ölüb, sexin qarşısından keçən kənd sakinləri Famil Sadıqov və Siman Əliyev xəsarət alıblar.

Xəstəxanaya yerləşdirilmiş F. Sadıqov isə orada dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR