DİN saxta viza satan şəxs barədə məlumat yaydı

DİN saxta viza satan şəxs barədə məlumat yaydı
SOSİAL
13:50 24.02.2017
863

 

Ucar rayon sakininin bir qrup vətəndaşı aldadıb, onlardan böyük məbləğdə pul alması müəyyən edilib. 

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 21-də Bakı şəhər sakinləri olan 5 nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilov tərəfindən aldadılaraq onlardan ümumilikdə 7141 manat pul alınmasını bildiriblər.

Aparılan araşdırmalarla A.Xəlilovun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 nəfəri aldadıb, onlardan ümumilikdə 9632 manat pul alması da müəyyən edilib.

Qeyd edək ki, bir qrup şəxs A.Xəlilovun onlara saxta viza verməsi ilə bağlı polisə müraciət edib. 

 

OXŞAR XƏBƏRLƏR