DİN “Tamerlan” kafesində əməliyyat keçirdi - Ana, oğul və 5 əxlaqsız qadın saxlanıldı

DİN “Tamerlan” kafesində əməliyyat keçirdi - Ana, oğul və 5 əxlaqsız qadın saxlanıldı
SOSİAL
15:22 27.02.2019
8522
Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın "Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq RPŞ-nə gətirilib. 

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 
OXŞAR XƏBƏRLƏR