DİN tələbənin qətli ilə bağlı rəsmi - MƏLUMAT

DİN tələbənin qətli ilə bağlı rəsmi - MƏLUMAT
Bütün Xəbərlər
16:54 03.09.2013
1126

Türkiyəyə getməyə hazırlaşan gənc kafedə döyülüb.

Ötən gün Sumqayıtda baş vermiş dəhşətli cinayətlə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Vüsal Cəfərov qapalı kəllə-beyin xəsarəti ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Sumqayıt şəhər Polis İdarəsiin 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:00 radələrində Yasamal rayonu “20 Yanvar” metro stansiyasının yaxınlığındakı kafedə V.Cəfərovun Abşeron rayon sakini Pərviz Abbasquliyev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib. Əməliyyat zamanı o, tutulub. Qeyd edək ki, qətlə yetirilən V. Cəfərov bu il Bakıda ali məktəbi bitirib. O, həmçinin bu il Türkiyədə ali məktəblərin birinin magistratura bölməsinə daxil olub. V. Cəfərov təhsilini davam etdirmək üçün bu gün Türkiyəyə yola düşəcəkmiş.

OXŞAR XƏBƏRLƏR