Həbs edilənlərin adları açıqlandı.
Dünən Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı polis qüvvələri tərəfindən Yevlaxda keçirilmiş xüsusi əməliyyat nəticəsində həbs olunmuş vətəndaşların adları açıqlanıb.
AZXEBER.COM DİN-in məlumatına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb.