DİN yol qəzası ilə bağlı məlumat yaydı

DİN yol qəzası ilə bağlı məlumat yaydı
Bütün Xəbərlər
14:39 03.06.2013
945
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 3-də saat 02.45 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəlil Murtuzov idarə etdiyi “BMW” markalı avtomaşını yol kənarında dayanan Lənkəran rayon sakini Cəlil Qasımova məxsus “KamAZ” markalı yük maşınına çırpıb. Nəticədə C.Murtuzovun sərnişinləri - Bakı şəhər sakinləri Elçin Nəzirov, Vüsalə Nəzirova hadisə yerində ölüb. Xəsarət alan sürücü və digər sərnişinləri - Humayıl Nəzirli və Murad Nəzirli isə xəstəxanaya yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR