"Dinamo" karyerasını bitirən Mirça Luçeskunu kimin əvəzləyəcəyini açıqladı

İDMAN
19:21 04.11.2023
259
Ukraynanın "Dinamo" klubunda baş məşqçi vəzifəsini icra edəcək şəxs müəyyənləşib.

Komanda hələlik Aleksandr Şovkovskiyə tapşırılıb.

48 yaşlı mütəxəssis paytaxt klubunu növbəti oyunlara hazırlayacaq.

"Dinamo"nun baş məşqçisi Mirça Luçesku ötən gün "Şaxtyor"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verib və karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Aleksandr Şovkovski 1992 - 2016-cı illərdə "Dinamo"nun qapıçısı olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR