İşğal olunmuş torpaqlarda dini abidələrin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara sənəd təqdim olunacaq.
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriElşad İskəndərovdeyib.
“Azərbaycanda dini vəziyyətlə əlaqədar hesabatların təqdim olunması prosesində əməkdaşlıq etdiyimiz hesabat hazırlayan mərkəzlərə Azərbaycanın tərkib hissəsi olan işğal edilmiş ərazilərimizdə dini hüquqların pozulması, o cümlədən həm İslam dininə aid olan abidələrin, həm də Alban kilsəsinə aid olan abidələrin dağıdılması haqqında məlumatlar təqdim olunur.
Bunların son nəticəyə gəlməsi istiqamətində dini icmaların da fəaliyyəti lazımdır. Onları da bu məsələdə maarifləndiririk, təşviq edirik”.
E.İskəndərov sözlərinə əlavə edib ki, bilavasitə dini icmaların fəaliyyəti sadəcə olaraq beynəlxalq təşkilatlarda deyil, beynəlxalq dini qurumların reaksiyasına gətirib çıxardacaq.