Dini Komitə tolerantlıqla bağlı tədbirlərə başladı

Dini Komitə tolerantlıqla bağlı tədbirlərə başladı
Bütün Xəbərlər
15:15 15.08.2014
726
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə üzrə tolerantlıqla bağlı silsilə tədbirlərinə start verib.
Qurumdan AZXEBER.COM-a daxil olan məlumata görə, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə silsilə seminar-treninqlərə başlayıb. "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan" müasir çağırışlar və tolerantlıq mövzusundakı seminar-treninqlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə həyata keçirilir.
Seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib. Tədbirdə DQİDK-nın, İKGF-nin, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.
Tədbirin açılışında çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru (İKGF ARM) Elçin Əsgərov tolerantlıq anlayışı haqqında məlumat verib. O, qeyd edib ki, Azərbaycanda digər dinlərin nümayəndələri az olsa da, hər halda var. Azərbaycanda uzun illərdir dinlərin, məzhəblərin dinc yanaşı yaşaması digər dövlətlərə də bir nümunədir. Onun fikrincə, cəmiyyətlərdə dincliyin, sabitliyin yaranmasının əsas səbəblərində biri də dözümlüyə riayət etməkdir.
Düzgün dini maarifləndirmə işlərinin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən DQİDK-nın Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov isə bildirib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır. Lakin əgər kimsə antihumanist hərəkat olarsa, hamı ona qarşı birləşməlidir.
Tədbirin açılışında “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub.
Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev deyib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı (Qobustan, Şamaxı, İsmayıllı), Göyçay (Ağsu, Göyçay, Ağdaş), Oğuz, (Qəbələ, Oğuz, Şəki), Zaqatala (Zaqatala, Qax, Balakən), Cəlilabad (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran) rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır