"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid

"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
SOSİAL
13:43 09.10.2026
216
"Hicab qadağa yoxdu axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
 
O qeyd edib ki, dünyavi dövlət tərəfdarları ortaya mövqe qoymalıdır:
 
"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır! Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar? Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin aşkar əlaməti deyilmi? Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər".
 

OXŞAR XƏBƏRLƏR