Dinini dəyişmiş azərbaycanlı qadın idmançı: ‘Boynumdakı xaçı görüb...’

Dinini dəyişmiş azərbaycanlı qadın idmançı: ‘Boynumdakı xaçı görüb...’
İDMAN
19:13 06.07.2016
2394

Fəridə Əzizova: "Neçə illərdir, ailəmlə bir yerdə yaşamıram, mənim öz yolum var. Valideynlərim mənim seçimimə qarışmır və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar".

2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən, 2016-cı il Rio-de Janeyro olimpiadasına lisenziya qazanan, Gənclər arasında Avropa çempionu, Qadınlar arasında dünya 3-cüsü, Dünya təsnifat turnirinin 2-cisi, Avropa oyunlarının gümüş medalçısı, xanım taekvandoçumuz Fəridə Əzizova Sputnik-in suallarını cavablandırıb.

- Fəridə Əzizovanın fərqli imici və kişi geyimlərinə üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bu haqda nə düşünürsən?

- Belə bir məsəl var ki, "pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur". Bizim cəmiyyətdə belə hallar var. İnsanlar xoşlayırlar ki, başqalarının həyatına müdaxilə eləsinlər. Xüsusilə özü kimi olmayan, özü kimi düşünməyən insanın həyatı daha maraqlı gəlir. Hər kəsin şəxsi həyatı var. Mən heç kimin şəxsi həyatına müdaxilə etmirəm. Xüsusilə 18 yaşından böyük insanın fikrini dəyişmək və ya onu özlərinə oxşatmağa çalışmaq çox çətindir və düzgün deyil.

O ki qaldı mənim geyim tərzimə, mən 10 ildir, belə geyinirəm və bu, mənə çox rahatdır. İdmançıyam, idmandan çıxandan sonra mənim saçıma, makiyajıma sərf etməyə vaxtım yoxdur. O vaxtı idmanıma sərf etməyi üstün tuturam. Onu da qeyd edim ki, elə insanlar var, mənim geyimimi şəxsi fikirləri ilə bağlayırlar. Belə insanlara demək istəyirəm ki, düşüncələrinizi dəqiqləşdirmək üçün başqalarından deyil, məhz məndən soruşun və mən də lazımı olan düzgün cavabı verim.

- Bu imicini nə qədər davam etdirmək fikrin var?

- Buna imic deyə bilmərəm. Çünki, mənə rahat olduğu üçün belə geyinirəm. Düşünmürəm, nə vaxtsa geyim tərzimi dəyişəcəm. Böyük ehtimalla, həmişə belə geyinəcəm.

- Bir müddət sonra gənc qızlar Fəridənin imicinə müraciət edə bilərlərmi?

- Ola bilər. Niyə də olmasın? Mən düşünürəm ki, heç də pis geyinmirəm. Kimsə özünə bu imicdə görürsə, geyinsin.

- Bir neçə il əvvəl dinini dəyişdin. Niyə məhz xristianlıq və onun provaslav qanadı?

- Hər bir insanın özünə yaxın bildiyi din var. Mən xristianlığı qəbul edəndə heç kimə açıqlamadım. Bilirdim, çoxu mənə pis baxacaq, hətta mənə kafir deyən də çox olacaq. Mən bunu gündəm üçün eləmədim, əksinə özümə görə etdim. Sonradan şəkillərdə boynumdakı xaçı görüb başladılar sosial şəbəkələrdə mənə yazmağa və üzərimə gəlməyə. O insanlar cavabını aldılar. Mən düşünürəm ki, Allaha inanmaq lazımdır. Fərq eləmir məsciddəsən, kilsədəsən. Mən məscidə də getmişəm, sadəcə özümü rahat hiss edə bilmirdim. Kilsəyə gəldim, aylarla dərinliyə kimi araşdırdım və bir il sonra xristianlığı qəbul etdim. 3 ildir artıq bu dini qəbul etmişəm.

- Ailə üzvlərin bu haqda bilirlər?

- Necə ki digər insanlara, eləcə də ailəmə bu haqda heç nə demədim. Mən ailəmlə illərdir ki, bir yerdə yaşamıram və mənim öz yolum var. Ailəm də mənim seçimimə hörmətlə yanaşır. Valideynlərim mənim seçimimə qarışmırsa və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar.

252560 (1)- Məni sevən olduğum kimi sevməlidir. Bunu bacarmırsa, demək sevmir. Ona görə dinimi dəyişmək fikrim yoxdur. Sevgi hörmətdir, sevgi bir-birini qarşılıqlı anlamaqdır. Əgər məni olduğu kimi qəbul etməsə, o insandan imtina edərəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır