“İRƏLİ” “Diplomatik Protokol 2” layihəsi öz işini uğurla davam etdirir. Bir sıra nəzəri dərslərdən sonra “Diplomatik protokol 2“ layihəsinin iştirakçıları yenidən praktiki dərslərlə tanış olublar.
Layihə çərçivəsində gənclərə sosial həyatda protokol, nəzakət qaydaları, mərasim protokolu, dəvət və ziyafət protokolları haqda layihə rəhbəri və təlimçi Kövsər Orucbəyli tərəfindən ətraflı məlumat verilib.
Gənclər tərəfindən böyük marağa səbəb olan ziyafət protokolu dərsində gənclərə praktiki biliklər öyrədilib. “La Parte” restoranında təlimçi tərəfindən layihə iştirakçılarına ziyafət zamanı menyunun təqdimatı, süfrə arxasında özünü aparma qaydaları, yemək ləvazimatlarından düzgün istifadə qaydaları izzah edilib.
Qeyd edək ki, “İRƏLİ Diplomatik Protokol layihəsi çərçivəsində gənclər beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələrə əsaslanan diplomatik protokol qaydaları haqqında həm nəzəri, həm də praktiki dərslər vasitəsi ilə geniş məlumat alırlar.