Diplomlarla bağlı 1060 müraciət

Diplomlarla bağlı 1060 müraciət
GƏNCLİK
11:37 29.01.2011
2294

2010-cu ildə Təhsil Nazirliyinə 51552 sənəd daxil olub. Onlardan 23600-ü ərizə və şikayət, 27952-si isə məktubdur.

Təhsil Nazirliyindən bildiriblər ki, ötən il nazirliyə daxil olan müraciətlərdən 1060-cı diplomların tanınması ilə bağlı olub. Həmin müraciətlərin müəllifləri arasında Rusiyanın müxtəlif ali məktəblərində təhsil almış məzunlar üstünlük təşkil edib. Belə ki, diplomla bağlı nazirliyə daxil olan müraciətlərdən 37-si təkcə Rusiya universitetlərinin verdiyi diplomlarla bağlı olub. Ötən il nazirlik tərəfindən Gürcüstan universitetlərinin verdiyi 23, Ukraynadan 3, Amerikadan 2, Qazaxıstanın ali məktəblərinin isə 1 diplomu ilə bağlı müraciətə baxılıb. 


Müraciətlərin araşdırılmasından sonra diplom sənədlərinin böyük əksəriyyəti qanunsuz sayılıb. //lent.az

 

OXŞAR XƏBƏRLƏR