Diqqət! "Bakcell"də "Facebook" yenidən pulsuz oldu

Diqqət! "Bakcell"də "Facebook" yenidən pulsuz oldu
Bütün Xəbərlər
07:26 08.07.2011
2436

AZXEBER.COM-un məlumatına görə, bu haqda "Bakcell"in rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Bu gündən etibarən mobil telefonlarınızdan facebook-a rahat, sürətlə və pulsuz qoşularaq bütün dünya ilə ünsiyyətdə ola bilərsiniz.

Bu xidmətdən istifadə etmək üçün, telefonunuzdan aşağıdakı ünvanlardan birinə daxil olmaq kifayətdir:
0.facebook.com
O.facebook.com
o.facebook.com
zero.facebook.com

Siz, öz mobil telefonlarınızdan yuxarıdakı ünvanlardan birinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusunu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratlarını bölüşə, dostlarına mesaj göndərə və onların facebook lövhəsində öz sorğularını yaza bilərlər. Ödəniş, yalnız şəkillərə baxanda və ya digər mobil səhifələrinə daxil olanda tətbiq olunur. İstifadəçi şəkillərə baxmağa, və ya digər mobil səhifəyə keçməyə cəhd edəndə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə məlumat görünəcək.

Daha ətraflı məlumat üçün: https://www.bakcell.com

Qeyd edək ki, bir neçə ay öncə də "Bakcell" "facebook"a girişi pulsuz etmişdir amma naməlum səbəblərə görə, sonradan bu sistem ləğv olunmuşdu.

OXŞAR XƏBƏRLƏR