Diqqət! Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı

Diqqət! Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı
Bütün Xəbərlər
00:42 05.11.2011
1680

Azərbaycanda çörəyin qiyməti ucuzlaşıb. Mağazalarda çörək 30 qəpikdən 25 qəpiyə endirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "qafqazinfo.az"-a açıqlamasında faktı təsdiqləyib. A. Əliyevin sözlərinə görə, ölkədə unun qiyməti aşağı düşdüyündən çörək və çörək məhsullarının da qiymətində ucuzlaşma olub: “Bəzi iri çörək zavodları qiymətlərini aşağı salıblar. Qiymətlərin düşməsi çörəyin çəkisinə təsir etməyib, əvvəlki çəkisində qalıb. Qiymətlər 5 qəpik ucuzlaşıb”.

Amma, əməkdaşımızın bir neçə çörək sexində apardığı araşdırmada məlum olub ki, çörəyin qiyməti kimi çəkisi də aşağı düşüb. Yasamal rayonundakı çörək sexlərindən birinin sahibi musavat.com-a açıqlamasında deyib ki, marketlər yüngül çəkili çörəyi götürməkdən imtina edib.

OXŞAR XƏBƏRLƏR