Diqqət! Azərbaycanın şimal rayonları da işıqsız qaldı

Diqqət! Azərbaycanın şimal rayonları da işıqsız qaldı
Bütün Xəbərlər
19:24 08.02.2012
9646
Ölkənin bir sıra şəhər və rayonlarının elektrik enerjisinin verilişi dayandırılıb.
Məlumata görə, Xaçmaz, Quba, Qusar, Şabran rayonlarına verilən elektrik enerjisi dayandırılıb. Yalnız strateji obyektlərdə elektrik enerjisi ilə təmin olunub.
Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkədən verilən məlumata görə, elektrik enerjisinin verilməsində məhdudiyyətlərin yaranması barədə onlara “Azərenerji” ASC-dən göstəriş verilib. Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkədən elektrik enerjisinin nə vaxt bərpa olunacağı barədə onlara məlumat verilməyib.
Qeyd edək ki, “Azərenerji” ASC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətinin dayandırıb. /APA/
OXŞAR XƏBƏRLƏR