Diqqət! Bakı metrosunda ilk dəfə Wi-Fi quraşdırılır
Bütün Xəbərlər
11:54 16.12.2011
3063
Wi-Fi simsiz genişzolaqlı çıxış şəbəkəsi ilk dəfə Bakı metrosunun "Məşədi Əzizbəyov" stansiyasında sınaqdan keçiriləcək.Qeyd edək ki, bu stansiya yenidənqurmadan sonra "Koroğlu" adlanacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.Nazirliyin məlumatına görə, bu istiqamətdə işlər artıq görülür.Ödənişsiz əsasda təqdim olunacaq Wi-Fi simsiz şəbəkəsindən sonralar mərhələli şəkildə Bakı metropoliteninin başqa stansiyalarında da istifadə etmək mümkün olacaq.Wi-Fi simsiz şəbəkəsi istifadəçilər üçün nisbətən daha əlverişlidir. Çünki bazarda bu standartı dəstəkləyən çoxlu aparatlar (noutbuklar, telefonlar, smartfonlar) var."Məşədi Əzizbəyov" stansiyasında informasiya köşkləri və elektron lövhə də (gündəlik xəbərlərin yayımı üçün) quraşdırılacaq.Yaxın günlərdə stansiyanın rəsmi açılışı gözlənilir.