Diqqət! Bakının 5 rayonunda içməli su məhdudiyyəti olacaq
Bütün Xəbərlər
12:33 07.01.2012
1405
Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır."Azərsu"-nun mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, paytaxtın şərq hissəsində yerləşən “+ 69 Şərq” su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar 7-8 yanvar 2012-ci il tarixlərində həmin ərazilərə içməli su fasilələrlə veriləcək.