Diqqət! Bakının beş rayonu qazsız və işıqsız qalıb

Diqqət! Bakının beş rayonu qazsız və işıqsız qalıb
Bütün Xəbərlər
18:51 08.02.2012
1680
Havanın kəskin soyumasına və güclü küləyin əsməsinə baxmayaraq Bakının elektrik təchizatında heç bir qəza baş verməyib. Bunu "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik şəbəkəsi gücləndirilmiş iş rejimində işləyir. “Suyun donması ilə əlaqədar “Azərenerji” SC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyəti dayandığından "Azərenerji" "Bakıelektrikşəbəkə"yə enerjinin verilməsini 25 faizədək azaldıb. T.Mustafayev bildirib ki, tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Fasilələrin aradan qaldırılması üçün “Azərenerji” SC bütün tədbirləri həyata keçirir. Elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerjisi daimi təmin ediləcək”, - o qeyd edib.AZXEBER.COM-un məlumatına görə, Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarında qazın verilməsində də problem yaranıb. Hazırda bu ərazilərə fasilələrlə qaz verilir.
OXŞAR XƏBƏRLƏR