Diqqət! Bu gün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Diqqət! Bu gün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bütün Xəbərlər
10:20 30.03.2012
840

Qırğızıstanın Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisiVaqif ƏsədovTrend-ə bildirib ki, bu gündən başlayaraq sabah səfər başa çatanadək hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə fasilələrlə İnşaatçılar prospekti, Hüseyn Cavid küçəsi, Parlament prospekti, Mehdi Hüseyn, tüeymur Elçin, Niyazi küçəəri, azneft dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Aeroport şosesi, istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Yol polisi sürücülərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsini və alternativ yollardan istifadə olunmasını tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR