Sürücülərə alternativ yol göstərilib.
Bu gün Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.
Yolun bağlanması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bağlıdır.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yollardan istifadə etmələri tövsiyə olunur.
