Diqqət: Bu yol təmirə bağlanıb - FOTOLAR

Diqqət: Bu yol təmirə bağlanıb - FOTOLAR
Bütün Xəbərlər
16:50 04.04.2015
1190

“Hal-hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir”.

Böyükşor qovşağından Heydər Əliyev Mərkəzi istiqamətində yol bağlıdır. Amma Heydər Əliyev Mərkəzindən Böyükşora gəlmək mümkündür.AZXEBER.COM xəbər verir ki, bunu “APA-Econmics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, Böyükşor qovşağından Heydər Əliyev mərkəzinə doğru şəhərə gediş bağlanıb və səhər saatlarından orada intensiv işlər həyata keçirilir.“Hal-hazırda köhnə asfalt-beton örtüyünün qaşınması prosesi gedir. Bundan başqa səki daşları dəyişdiriləcək, ayırıcı zolaqda yaşıllıq tamamilə yenilənəcək, ümumiyyətlə təmirlə yanaşı geniş abadlıq işləri də aparılacaq”, - deyə P. Mürsəliyev bildirib.Qurum rəsmisi onu da əlavə edib ki, qeyd olunan ərazidə işlər yekunlaşdıqdan sonra şəhərdən Böyükşor qovşağına gedən yolda təmir-abadlıq işlərinə başlanacaq.

www.oxu.az

OXŞAR XƏBƏRLƏR