Mercedes-Benz avtomobil konserni Facebook sosial şəbəkəsinin funksionallığını öz avtomobillərinin kompüterlərinə inteqrasiya edir.İri sosial şəbəkə üçün əlavə yenilənmiş mbrace2 telematik sistemin bir hissəsini təşkil edəcək. Proqramdan istifadə cihazlar panelində quraşdırılan yüksək təsvir ölçülü maye-kristal displeylər vasitəsilə həyata keçiriləcək.Xüsusi əlavənin köməyi ilə sürücülər sosial şəbəkəyə əvvəlcədən yazılan statusları göndərə, səfər marşrutunu və mənzil başına çatmanın təxmini vaxtını dərc edə, eləcə də yaxınlıqda dostların olmasını öyrənə biləcəklər.Mətnin daxil edilməsini tələb edən bütün funksiyalar avtomobilin hərəkəti zamanı təhlükəsizlik baxımından avtomatik olaraq söndürülür. Həmçinin kənar mütəxəssislər tərəfindən hazırlanan əlavələrdən (məsələn oyunlar) Facebook-un Mersedes markalı avtomobillər üçün nəzərdə tutulan versiyasından istifadə etmək mümkün olmayacaq.mbrace2-də Google servisləri və restoran, bərbərxana salonları və digər xidmət növlərinin axtarışı üçün Yelp əlavələrinin daxil ediləcəyi gözlənilir. Bu sistemin əvvəlcə yazda satışa çıxarılacaq SL markalı modellərdə, 2013-cü ildə isə digər modellərdə quraşdırılması planlaşdırılır.