Diqqət! "Facebook" hesabınız təhlükədədir

Diqqət! "Facebook" hesabınız təhlükədədir
Bütün Xəbərlər
19:17 30.10.2011
2079
"Facebook" sosial şəbəkəsində 24 saatda 600 min istifadəçinin hesabına hücum edilib. Bu məlumatı, "Facebook" sosial şəbəkəsinin təhlükəsizlik mütəxəssisləri veriblər. Onların sözlərinə görə, hakerlərin bu hücumda məqsədi istifadəçilərin şəxsi məlumatları, şəkilləri  və şəxsi yazışmalarını əldə etmək olub.
Hadisə ilə bağlı açıqlama yayan "Facebook" səlahiyyətlilərinin fikrincə isə bu hücumlar zamanı hakerlər öz məqsədlərinə çata bilməyiblər və yaxın zamanda yeni təhlükəsizlik funksiyaları istifadəyə veriləcək.
800 milyondan çox istifadəçisi olan sayta davamlı olaraq haker hücumları təşkil edilir. Mütəxəssislərin sözlərinə görə, 24 saatda 600 min haker hücumu ciddi rəqəmdir və buna qarşı tədbirlər görülməli, istifadəçilər tanımadığı şəxsləri dost siyahısına qəbul etməməlidirlər.
 
OXŞAR XƏBƏRLƏR