“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal
SOSİAL
14:50 23.01.2017
2020

Şəmkir rayonundakı Seyfəli kənd tam orta məktəbində direktor və laborant arasındakı pornoqrafiya qalmaqalı səngiməmiş daha bir xəbər Cəlilabaddakı Göytəpə şəhər 1 saylı tam orta məktəbindən gəldi. Məktəbin müəlliməsi Etiraf Vəliyeva "Azadlıq” radiosuna müraciət edərək məktəbin isidilməsi üçün odun çatmadığını, şagirdlərdən odun və digər bəhanələrlə pul yığıldığını, bu təhsil müəssisəsində antisanitariyanın hökm sürdüyünü bildirərək direktor əvəzi Natavan Şıxovanı ittiham etdi.

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki,  ittihamlarla bağlı sözügedən məktəbin direktor əvəzi Natavan Şıxova ilə əlaqə saxlamışdı. N.Şıxova məktəbin təmirsiz olduğunu etiraf etsə də, odun üçün şagirdlərdən pul yığılmadığını demişdi. Direktor əvəzi məktəbin problemlərini ictimailəşdirən müəlliməni də qınamışdı.

Bu günlərdə isə müəllimə Etiraf Vəliyeva azadliq.info vasitəsilə təhsil naziri Mikayıl Cabbarova açıq məktubla müraciət edərək baş verənlərlə bağlı nazirdən yardım istəyib.

Müəllimə yazır ki, məktəbin problemləri işıqlandırıldıqdan sonra direktor əvəzi onu əxlaqsız söyüşlərlə təhqir edib. "Valideynlərdən pul yığaraq odun- yanacaq alınması bir yana, odunu şagirdə doğradıb heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir. Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür. Şagirdlər üçün ayaqyolu yoxdur. Toz-torpaq içərisində olan siniflər, şagirdlər pul verməsələr, təmizlənmir”, -müəllimə yazır.

Şikayətlər bununla yekunlaşmır. Müəllimə direktoru maaş kartlarını mənimsəməkdə ittiham edir. Onun sözlərinə görə, direktor maaş kartlarının Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovaya verdiyini deyir. Bir-iki sinif istisna olmaqla bütün siniflərdəki partalar, stol-stullar sınıqdır və bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflərin çoxunda istilik yoxdur.

Hətta məktəbdə şagirdlər arasında bıçaqlanma olduğu, direktorun bu hadisəni gizlətdiyi də iddialar sırasındadır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə deyib ki, rayon Təhsil Şöbəsi 1 nömrəli Göytəpə qəsəbə tam orta məktəbinin istilik təminatı ilə bağlı araşdırma aparılıb və hazırda ümumtəhsil məktəbində tədris normal, ahənginə uyğun davam etdirilir. "Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istilik sistemi ilə təminatı diqqət mərkəzində saxlanılır və bununla bağlı davamlı tədbirlər görülür. Belə ki, bu tədris ilinin əvvəlindən 79 ümumtəhsil məktəbi qazlaşdırılıb, 130-dan artıq ümumtəhsil məktəbində qaz sayğacları dəyişdirilib, boru xətləri yenilənib, qaz detektorları quraşdırılıb. Bu işlər 2017-2018-ci tədris ilində daha geniş coğrafiyada davam etdiriləcək”, -C.Valehov əlavə edib.

O ki qaldı maaş kartlarının direktor əvəzi Natavan Şıxovada olması, şagirdlərdən odun üçün pul yığılması, N. Şıxovanın etiraz edən müəllimləri ağır sözlərlə təhqir etməsi və digər ittihamlar, mətbuat xidmətinin rəhbəri məsələnin araşdırılacağını deyi

Onu da xatırladaq ki, son vaxtlar təhsil müəssisələrində bu cür qalmaqallı hadisələr baş verir. Nazirlik isə qalmaqala səbəb olanları işdən kənarlaşdırmaqla işini bitmiş sayır. Necə ki, Şəmkirin Seyfəli kəndində pornoqrafiya qalmaqalı yalnız direktoru işdən azad etməklə həll edildi. Laborant, Şəmkir Rayon Təhsil Şöbəsi isə cəzadan kənarda qaldılar...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır