Direktor oğlunun 13 yaşlı qızla əxlaqsızlığının - TƏFƏRRÜATI

Direktor oğlunun 13 yaşlı qızla əxlaqsızlığının - TƏFƏRRÜATI
Bütün Xəbərlər
12:46 15.05.2014
1337
Ucar rayonunda məktəb direktorunun oğlunun əxlaqsızlığının təfərrüatları məlum olub. 
Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrafilovun ANS PRESS-ə verdiyi məlumata görə, Bağman kəndinin 3 saylı orta məktəbinin direktoru Binyət Binyətov yanvarən 31-də öz ərizəsi ilə işdən çıxarılıb. "Bu hadisə məktəbdə baş verməyib. Binyət müəllimin oğlu Daşqın 13 yaşlı qızla qızgilin həyətlərindəki tayanın arxasında görüşüb. Özü də gecə saat 02-də. Amma aralarında ciddi bir şey olmayıb. Sonradan bir neçə dəfə ekspertiza filan keçirildi. Qızın bakirəliyinin pozulmadığı bilindi", - deyə şöbə müdiri bildirib.
Bildirilir ki, 13 yaşlı qız özündən 10 yaşlı oğlanı sevirmiş: "Qız qoluna ülgüclə oğlanın adını da yazmışdı. Amma bildiyimə görə, oğlan başqası ilə nişanlı idi. Sonradan qzı tərəf oğlandan qızla nikah (?!) bağlamasını istəyiblər. Amma oğlan tərəfi aralarında ciddi bir şeyin olmadığını əsas gətirərək bundan imtina etdi. Sonradan onlar şikayət edib oğlanı tutdurdular da. Bütün olanlardan sonra Binyət Binyətov ərizə ilə bizə müraciət edərək biabırçılığa dözə bilmədiyini və vəzifədən getmək istədiyini bildirdi. Mən Binyət müəllimi abırlı bir kişi kimi tanıyıram. İndi direktor olmasa da həmin məktəbdə coğrafiyya fənnini tədris edir. Belə bir hadisə hamının başına gələ bilər".
Xatırladaq ki, yayılan məlumatlarda Bağman kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar etdiyi bildirilirdi. Direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb. Onların bir-birinə yazdıqları əxlaqsız smslər də ortaya çıxıb.
Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsindədir.
OXŞAR XƏBƏRLƏR