Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
SOSİAL
17:36 21.07.2026
358
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

22 iyul 2026-cı il tarixindən etibarən 29 iyun–8 iyul tarixlərində ərizə qəbulu mərhələsi keçirilmiş müsabiqə üzrə müsahibələr başlayacaq.

İlkin mərhələdə şagird sayı 500-dək olan təhsil müəssisələri üzrə müsahibələr şəhər və regional təhsil idarələri tərəfindən təşkil olunacaq.

Namizədlər müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək müsahibəyə dəvət olunacaqlar.

Müsahibə zamanı namizədlər 7 meyar üzrə qiymətləndiriləcəklər:

liderlik və strateji idarəetmə;
pedaqoji və tədris bacarıqları;
idarəçilik və təşkilatçılıq;
ünsiyyət və əlaqə;
problemlərin həlli və qərarvermə;
rəqəmsal və texnoloji bacarıqlar;
sosial və emosional bacarıqlar.

Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə mərhələli şəkildə göndəriləcək.

Namizədlərə şəxsi səhifələrini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR