“Diriliş Ərtoğrul” serialı bu telekanalda yayımlayacaq - VİDEO

MAQAZİN
14:19 25.09.2020
534

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış "Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq.

AzTv-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.

Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.

Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. "Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə "Kapalı çarşı” jurnalı tərəfindən "Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.

Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub.

"Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 26.11.2020

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

23:26 25.11.2020

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur? - AÇIQLAMA

23:07 25.11.2020

Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir

22:45 25.11.2020

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşdü

22:41 25.11.2020

Fransa XİN-dən senatın qalmaqallı qərarına münasibət: “Heç kimə fayda verməyəcək”

22:37 25.11.2020

Pele Maradonanın ölümünə üzüldü: “Onunla göylərdə yenidən futbol oynayacağıq”

22:20 25.11.2020

Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

22:12 25.11.2020

“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil”

22:09 25.11.2020

Fransa Senatı Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnamə qəbul etdi - VİDEO

21:49 25.11.2020

İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib

20:57 25.11.2020

Maradonanın ölümünə görə 3 günlük matəm elan edildi

20:50 25.11.2020

Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO

20:33 25.11.2020

Əfsanəvi futbolçu Dieqo Maradona vəfat etdi

20:27 25.11.2020

Valentina Matviyenko: "Qarabağda atəşkəsi qorumaq zəruridir"

19:47 25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına sərt etiraz etdilər

19:45 25.11.2020

Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”