Diş ağrısına görə həkimə getdi, başına oyun gəldi - VİDEO

Diş ağrısına görə həkimə getdi, başına oyun gəldi - VİDEO
SOSİAL
14:28 24.04.2026
675
Türkiyənin Sivas şəhərində diş ağrısı şikayəti ilə xəstəxanaya gedən bir qadın tanımadığı bir şəxs tərəfindən özəl stomatoloji klinikaya yönləndirilib və orada onun 25 dişi çəkilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Gülbeyaz Çelikdemir adlı xanım həkimdən şikayətçi olduğunu deyib.
 
O qeyd edib ki, 3 dişi ağrısa da, 25-i dişini çəkiblər: "Normalda yalnız üç dişim ağrıyırdı. Həkim isə 25 dişimi çəkdi".
 
Şikayətçi bildirib ki, daha sonra onun dişinə implant qoyulub və vəziyyəti daha da ağırlaşıb: 
 
"İmplantlar qoyulduğu gündən bəri problemlər yaşayıram və səhhətimdəki problemlər daha da pisləşib. Bu prosedurların pulunu qızıllarımı sataraq ödədim. Ədalətin bərpa olunmasını və həkimin cəzalanmasını istəyirəm".
 
Həmin videonu təqdim edirik: 


OXŞAR XƏBƏRLƏR