Yapon tədqiqat qrupu dişləri itirilən insanların yenidən diş çıxarmasına imkan yarada biləcək dərman müalicəsi üzərində işləyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, klinik sınaqların 2024-cü ilin iyulunda başlaması gözlənilir.
Heyvan təcrübələrində dərmanın süd dişləri və daimi yetkin dişlərdən sonra "üçüncü nəsil" dişlərin böyüməsinə kömək etdiyi müşahidə edilib.
Sözügedən dərmanı 2030-cu ilə qədər geniş ictimaiyyətə təqdim etmək hədəflənir.
"Yeni dişlərin yetişdirilməsi ideyası hər bir diş həkiminin arzusudur. Mən bakalavr vaxtımdan bunun üzərində işləyirəm. Bunu reallaşdıra biləcəyimə əmin idim", - deyə aparıcı tədqiqatçı Katsu Takahashi bildirib.
İndi dərmanın insan istifadəsinə hazır olması istiqamətində işlər aparılır. İnsan orqanizminə heç bir mənfi təsiri olmadığı təsdiqləndikdən sonra 2 yaşdan 6 yaşa qədər olan uşaqların anodontiya (anadangəlmə əskik dişlər) ilə müalicəsi nəzərdə tutulur.
Ayşən