16 oktyabr tarixində Türkiyə markası olan Divanev-in Babək prospektində sayca 5-ci satış nöqtəsinin açılış tədbiri baş tutub.
AZXEBER.COM xəbər verir ki, Divanev Türkiyənin mebel sektorunda 47 illik təcrübəyə sahib brendinin - Yataş Grup-un markasıdır və həm Türkiyədə, həm də xaricdə 100-ə yaxın satış nöqtəsi ilə fəaliyyət göstərir.
Evinizin müxtəlif guşələri üçün bir-birindən fərqli və müasir mebel həlləri təklif edən Divanevhəm keyfiyyəti, həm zövqü eyni məkanda birləşdirir.
Açılışa özəl olaraq alıcıları bütün mebellərdə noyabr ayının 24-dək 36 aylıq hissəli alış fürsətləri və bütün endirimlərə ekstra 10 % endirim təklifi gözləyir.
Ünvan: Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllə