Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur

SAĞLAMLIQ
10:52 12.07.2024
709
Diz oynağının endoprotezləşməsi (diz artroplastikası) – zədələnmiş və ya aşınmış oynaq qığırdağının süni protezlə əvəz edilməsi üçün aparılan cərrahi əməliyyatdır.
 
AZXEBER.COM xəbər veirr ki, əksər hallarda bu əməliyyat oynağın itirilmiş funksiyasını bərpa etmək və ağrını aradan qaldırmaq  üçün ən effektiv və yeganə çıxış yoludur. Əməliyyatdan bir neçə gün sonra xəstə əvvəlki aktiv həyat tərzinə qayıda bilir.

Diz oynağının artrozu (qonartroz) endoprotezləşmə üçün ən çox rast gəlinən səbəblərdəndir. Bədənin ən böyük oynağı olan diz oynağı - hərəkət zamanı ağırlığın böyük hissəsini öz üzərinə götürür. Gündəlik olaraq – yürüş, qaçış, gəzinti, çöməlmə, pilləkənlə qalxma və enmə zamanı diz oynağının yüklənməyə məruz qalması onu aşınmaya qarşı həssas edir.

Oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi  nəticəsində diz oynağında xroniki degenerativ-distrofik proses - qonartroz meydana çıxır. Müxtəlif travmalar, artıq çəki, ağır fiziki iş rejimi və digər faktorların səbəb olduğu xəstəlik zamanı qığırdağın tamlığı pozulur və deformasiyaya uğrayır. Daha çox yaşlı nəsilə xas olan xəstəlik, hərəkət zamanı dizlərdə ağrı ilə özünü büruzə verir. Xəstəlik inkişaf etdikdə ağrılar hərəkətsiz vəziyyətdə də müşahidə olunur.  

Diz oynağında şiddətli ağrı və konservativ müalicənin effektiv olmaması fonunda patoloji dəyişikliklərin olması  cərrahi müdaxiləyə ehtiyac yaradır.
Diz oynağının 3-cü və 4-cü dərəcəli artrozu (qığırdaq strukturunun deformasiyası), revmatik poliartrit (oynaq revmatizmi avtoimmun xəstəliyi), posttravmatik artroz, diz oynağının bağ aparatının zədələnmələri, diz oynağının aseptik nekrozu, diz oynağını əmələ gətirən sümüklərin bədxassəli şişləri endoprotezləşmə əməliyyatı üçün göstəriş hesab olunur.

Xəstəliyin diaqnostikası üçün həkim tərəfindən  rentgenoqrafiya, USM, artroskopiya, oynaq strukturunun biopsiyası, KT, MRT və laborator müayinələr təyin oluna bilər.

Qeyd edək ki, xəstəliyin diaqnostikası, yatış və əməliyyat müddətində istifadə olunan dərman və tibbi sərf (süni protez), laborator və instrumental müayinələr, reanimasiya, qan və ya qan komponentləri, qidalanma icbari tibb sığorta tərəfindən qarşılanır.

İcbari tibbi sığorta ilə təmin edilən diz protezləri yüksək keyfiyyəti ilə seçilən İsveçrənin "Medacta” şirkətinin istehsalıdır. Kobalt - xrom xəlitəsi və titan materialdan hazırlanan diz protezləri cızıqlara davamlıdır və diz oynağının  endoprotezləşmə əməliyyatı üçün tam təhlükəsizdir. 

Qeyd edək ki, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta ilə 3828 sayda diz oynağının  endoprotezləşmə əməliyyatı aparılıb.

İcbari tibbi sığorta hesabına diz oynağının endoprotezləşmə əməliyyatı Quba Rayon Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində icra olunur. 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb