Doğu Akdeniz Universitetinin nümayəndəsi Azərbaycanda

GƏNCLİK
14:50 15.03.2011
2412
səfər 18 marta qədər davam edəcək

Qeyd edək ki, DAU “The American Board For Engineering and Technology” (ABET) tərəfindən akkreditasiya verilən 5 universitetdən biridir.

Səfər çərçivəsində ilk görüşlər, əsasən paytaxtın ali təhsil müəssisələri olan Qərb Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, “Qafqaz” Universitetində keçirildi. DAU təmsilçisi ali təhsil müəssisələrinin rektorluk nümayəndələri və Tələbə Gənclər Təşkilatlarının (TGT) üzvləri ilə görüşlər keçirdi. ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Rəna İbrahimovanın da iştirak etdiyi görüşlərdə DAU-nun tələbə həyatı, təhsil sistemi və tələbə güzəştləri haqqında məlumat verildi. Ardınca İ.Muxtarov tələbələrin çox saylı suallarını cavablandırdı.Analoji görüşlər 10-11-ci sinif şagirdləri ilə də keçiriləcək.

Eyni zamanda, DAU rəsmisi iləATGTİ-nin qərargahında ikitərəfli əməkdaşlığın inkişafına yönəldilmiş görüş keçiriləcək və görüş zamanı ATGTİ nümayəndələrinin DAU-ya2011-ci il may ayının əvvəlinəplanlaşdırılan səfərinin detalları müzakirə olunacaq. Bu görüşdə ikitərəfli tələbə təcrübə mübadiləsi və ATGTİ-nin üzvlərinə xüsusi güzəştlər paketi müzakirə olunacaq.

 

OXŞAR XƏBƏRLƏR