Dollar dünyada sürətlə bahalaşır: Manatı hansı aqibət gözləyir?

Dollar dünyada sürətlə bahalaşır: Manatı hansı aqibət gözləyir?
MANŞET
13:47 18.05.2022
787
Son günlər dolların digər valyutalar qarşısında bahalaşması müşahidə olunur. Dolların dəyərinin yüksəlməsi bir sıra səbəblərlə izah edilir. Bundan başqa dolların manat qarşısında bahalaşacağı məsələsi də müzakirə olunan mövzular sırasındadır.

Bəs dolların digər valutalarla müqayisədə qarşıdakı vəziyyəti ilə bağlı hansı gözləntilər var? Dollar manat qarşısında bahalaşacaqmı?

İqtisadçı-ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bu suallara aydınlıq gətirib.
 


Ekspert dollların digər valyutalarla müqayisədə bahalaşmasının iki əsas səbəbini qeyd edib:

"Dolların digər aparıcı valyutalar ilə müqayisədə bahalaşmasının əsas iki səbəbi var. Bunlardan birincisi, Federal Ehtiyatlar Sisteminin (FED) qərarı ilə uçot dərəcəsinin qaldırılmasıdır. Bildiyimiz kimi, pandemiya dövründən hələ bir müddət əvvəldən iqtisadi aktivliyin maksimum səviyyəyə çatdırılması məqsədilə 0 dərəcəyə endirilmiş bir uçot dərəcəsi tədricən qaldırılır. Bu il artıq 9-a yaxın toplantının keçiriləcəyi və müəyyən hissələrlə uçot dərəcəsinin qaldırılacağı nəzərədə tutulub. Real olaraq uçot dərəcəsinin artırılması nəticədə dolların digər valyutalar qarşısında bahalaşmasına əsas səbəb olub.

Digər bir səbəb isə ABŞ iqtisadiyyatının dünyanın aparıcı iqtisadiyyata malik olmasıdır. ABŞ-nin iqtisadi gücü digər ölkələrlə müqayisədə həm ümumdaxili məhsul səviyyəsində, həm iqtisadi diqtəetmə məsələsində kifayət qədər güclü olması bu ölkənin valyutası daha çox dominatlıq edir. Bir ölkənin valyutasının dəyəri, bilavasitə onun iqtisadi gücü ilə sıx şəkildə əlaqələlidir. Bu baxımdan dolların dəyər qazanması bu iki faktorla əlaqəlidir. Uçot dərəcəsinin bu ilin sonunadək 2 faizə qədər qaldırılacağı, 2023-24-cü illərə qədər isə 3 faizə çatdırılacağı ilə bağlı proqnozlar da verilir. Bütün bunlar dolların digər valyutalar qarşısında bahalaşmasına səbəb olan əsas amildir”.

E.Əmirov dolların qalxmasının manata təsir edib-etməyəcəyi məsələsinə isə bu cür aydınlıq gətirib.:

"Biz müşahidə edirik ki, dollarla Azərbaycan manatının məzənnəsi dəyişmir. Amma istər rubl, istər lirə, istərsə də avro ilə bu məzənnə fərqləri, dalğalanmaları müşahidə olunur. Bu, onunla əlaqədardır ki, Azərbaycan manatı digər valyutalarla tənzimlənmir. Birbaşa dollarla olan münasibəti, mütənasibliyi inzibati qaydada tənzimlənir, daha dəqiq desək, qiymət təyin edilir. Təxmini olaraq, 1.7 AZN. Nə qədər ki, bu inzibati təyinetmə metodu qalacaq, o zamanda da dolların qalxmasının manata birbaşa təzyiqi olmayacaq. Təbii ki, dolayı təzyiqləri var, digər valyutalarla münasibətdə olan təzyiqi var. Amma bunun müsbət tərəfləri də ondan ibarətdir ki, dollarla manat arasında olan münasibət dəyişmədiyindən, dolların digər valyutalarla müqayisədə bahalaşması avtomatik olaraq manatın da digər valutalara qarşı bahalaşmasına gətirib çıxarır. Yəni, əslində manat da dollarla paralel dəyər qazanır. Sanki, dollar okeanda üzən matorlu bir gəmidir, manat isə matorsuz bir qayıqdır, amma onunla bağlanıb. Əgər bunlar bir-biri ilə bağlıdırsa, Azərbaycan tərəfindən bu məzənnə bağlanılıb və inzibati olaraq statistik saxlanılır. Buna görə də, gəmini hansı istiqamətə hərəkət etməsi, qayığın da həmin istiqamətə hərəkət etməsinə səbəb olur. Bu bənzətmə reallığı əks etdirir”.

"Hazırda Rusiya-Ukrayna münasibətləri fonunda isə avronun dollara qarşı ucuzlaşması, dolların isə bahalaşması, bilavasitə münaqişə zonasına daha yaxın olan Avropanın risk faktoru qarşısında qalması, müəyyən maliyyə risklərinin artması, nəticədə avroya olan təzyiqi artırmış və avro dollar qarşısında ucuzlaşmışdır. Təbii ki, avronun da dollar qarşısında ucuzlaşmasının səbəbləri arasında dolların uçot dərəcəsinin qaldırılması da var”, deyə ekspert əlavə edib.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO