Üçü qız olmaqla, dörd övladını illərlə kilid altında, ac-susuz, işgəncə verərək saxlayan cütlüyün cinayətinin üstü açılıb.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Belçikada baş verib.Biron şəhərində yaşayan Sebastyan Hardenne və İsabel Simon 10 il ərzində sistematik olaraq övladlarının dördünə də zülm ediblər.Onlar uzun müddət uşaqlarını ac-susuz, əsir vəziyyətində saxlayıblar, onları dəmir dəyənəklərlə döyüblər, bədənlərini elektrikə veriblər. Bütün bu baş verənlər isə sosial yardım xidmətinin əməkdaşları tərəfindən aşkara çıxarılıb.Qəddar valideynlər həbs olunublar və hal-hazırda 11-16 yaş arasında olan övladlar dövlət tərəfindən mühafizə edilir.İndi valideynlərin hər birini 10 il müddətində həbs cəzası gözləyir. Məhkəmə iyunun 12-də başa çatacaq.