Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
DÜNYA
14:30 19.09.2026
56
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşri yayıb.

Mənbələrin məlumatına görə, Tramp ilə Zelenski arasında ehtimal olunan ikitərəfli görüş hələlik öz təsdiqini tapmayıb. Bir müddət əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirmişdi ki, Tramp Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges, eləcə də Böyük Britaniya və Yaponiyanın baş nazirləri ilə bir araya gəlmək niyyətindədir. Bundan əlavə, Amerika liderinin Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərləri ilə də görüşləri gözlənilir.

Dövlət və hökumət başçılarının, həmçinin xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq yüksəksəviyyəli ümumsiyasi müzakirələr beynəlxalq təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında sentyabrın 22-26-da və 28-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR