Donald Tramp İlon Maska yeni vəzifə verdi

Donald Tramp İlon Maska yeni vəzifə verdi
DÜNYA
21:57 02.10.2026
238
SpaceX şirkətinin baş direktoru İlon Musk DOGE-dən ayrıldıqdan və Donald Trampla toqquşmadan sonra ilk dəfə ABŞ prezident administrasiyasında yeni vəzifəyə təyin edilib.

O, gələcək müharibələrə həsr olunmuş Pentaqon layihəsinin həmsədri olub.

İlon Mask "Anduril” şirkətinin təsisçisi Palmer Laki və Nümayəndələr Palatasının keçmiş spikeri Nyu Qinqriç Pentaqonun gələcək müharibələrin öyrənilməsinə həsr olunmuş yeni "Meridian layihəsi”nə rəhbərlik edəcəklər. Bu barədə "Axios” və "Fox News” ABŞ-nin müdafiə naziri Pit Heqsetin açıqlamasına istinadla məlumat veriblər.

"Biz rəqiblərimizin çatışmayan unikal Amerika üstünlüyü mənbəyindən istifadə edirik: innovatorlarımız, yüksək vəzifəli liderlərimiz və texnoloqlarımız - böyük düşünə və qətiyyətlə hərəkət edə bilən, gələcəyin münaqişələrinə innovativ həllər tapacaq insanlar", - Heqset bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, "Meridian layihəsi" yeni hərbi strategiyalar hazırlamaq üçün nəzərdə tutulmayıb. "Bunun əvəzinə, qrup "fəth etməli olduğumuz sahələri və mənimsəməli olduğumuz imkanları" müəyyənləşdirməyə, eləcə də gələcək nəsil Amerika hərbçilərinin ehtiyac duyacağı silah və sistemləri "tapmağa, inkişaf etdirməyə və yerləşdirməyə" diqqət yetirəcək”, - Heqset deyib.

Pentaqon rəhbəri qeyd edib ki, tədqiqatın nəticələri 120 gün ərzində gözlənilir. Onlardan bəziləri ictimaiyyətə açıqlanacaq və ayrıca məxfi hesabat da hazırlanacaq.

İlon Mask 2024-cü il prezidentlik kampaniyası zamanı Donald Trampı açıq şəkildə dəstəkləyib, maliyyə də daxil olmaqla, ona fəal şəkildə töhfə verib. Respublikaçı ikinci müddətə seçildikdən sonra iş adamı prezident administrasiyasında məsul vəzifə tutub, daha sonra istefa verib.
 
///musavat.com///
OXŞAR XƏBƏRLƏR