Donald Tramp iyulda Türkiyəyə səfər edəcək

Donald Tramp iyulda Türkiyəyə səfər edəcək
DÜNYA
15:52 01.05.2019
3336
ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək.

"Report” xəbər verir ki, bunu "Sabah” qəzeti yazıb.

Bu, D.Trampın ABŞ Prezidenti kimi Türkiyəyə ilk səfəri olacaq.

Səfərlə bağlı əlavə məlumat verilməyib. 

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR