ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı və ukraynalı həmkarları - Vladimir Putin və Volodimir Zelenski ilə görüş keçirməyə ümid etdiyini bildirib.
ABŞ lideri bunu Texas ştatından qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryuz hərbi bazasında jurnalistlərə açıqlayıb.
"Düşünürəm ki, Rusiya və Ukrayna arasındakı münaqişənin həllində böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq. Hesab edirəm ki, əhəmiyyətli irəliləyiş əldə edilib", - Tramp bildirib.
Jurnalistlərin görüşün konkret kiminlə planlaşdırıldığına dair dəqiqləşdirici sualına cavab verərkən ABŞ Prezidenti Putin və Zelenskinin adını çəkib.
///report///











































