İsti yay günlərinin vazgeçilməzi olan dondurmadan hədsiz istifadə insanların beynində belə sual yaradır. Görəsən dondurmanın hansı zərərləri var?
Əslində dondurmanın heç bir zərəri yoxdur. Dondurmanın tərkibində olan maddələr insan sağlamlığı üçün kifayət qədər faydalıdır. Belə ki, onun tərkibində süd, qlükoza, yağ, şokolad, kakao, meyvə, fındıq və s. maddələr var ki, bunlar insan orqanizminin inkişafına əvəzsiz fayda verir. Bununla yanaşı, dondurma protein, karbohiodrat, fosfor, kalsium, maqnezium, həmçinin bir çox vitaminlərlə zəngindir. Bu üzdən onun heç bir zərəri yoxdur. Lakin müəyyən istisnalar var.
Belə ki, Britaniyalı alimlərin apardığı araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb. Aydın olub ki, dondurmanı qaşıqla yemək zərərli imiş. Dondurmanın tərkibində olan maddələrə dəmir tərkibli qaşıq dəydikdə orada maddələr mübadiləsi başlayır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Alimlər dondurmanı ən yaxşı halda yalayaraq yeməyi məsləhət görürlər. Bu cür dondurma yeməyə kompleksli olan insanlar isə taxta, yada ki, plastik qaşıqlardan istifadə edə bilərlər.
Alimlər onu da əlavə ediblər ki, hər kəsin sevimlisi olan dondurmaları günəş altında yemək olmaz. Mümkün qədər kölgəlik məkanlarda yemək lazımdır. İmkan olduğu müddətdə dondurmanı yalnız ev şəraitində yemək daha məqsədə uyğundur. Çünki günəşin ultrabənövşəyi şuaları dondurma ilə reaksiyaya girdikdə insan orqanizmində xərçəng riskini artırır. Üstəlik uzun müddət soyuducuda qalmış dondurmalardan istifadə də təhlükəlidir. Dondurma alarkən onun istifadə müddətinə baxmağı unutmayın. Bəzən istehlakçıların hüquqları pozularaq ötən ildən soyuducularda qalmış dondurmaları müştərilərə təqdim edirlər. Bunun sonu isə ağır fəsadlar, zəhərlənmə, hətta ölüm ilə də nəticələnə bilər. Buna görə də istehlakçılar bu cür konservant qidalardan istifadədə son dərəcə diqqətli olmalıdırlar.
Fatimə İbrahimova