Dostları Oqtay Əliyevin bu arzusunu gerçəkləşdirəcək - FOTO

Dostları Oqtay Əliyevin bu arzusunu gerçəkləşdirəcək - FOTO
MAQAZİN
23:31 24.03.2023
1669

Xalq artisti Mübariz Tağıyev mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev barədə danışıb.

Bu haqda sənətçi "7 canlı” verilişinə telefon zəngi ilə qoşularaq deyib.

"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə çox pis təsir etdi. Həyatsevər, vətənpərvər insan idi. "Yeni ulduz” layihəsindən danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Gec ya tez biz dostları onun bu istəyini həyata keçirəcəyik”, - deyə, Tağıyev bildirib./publika.az

 


 


 

OXŞAR XƏBƏRLƏR