Doğum günündə faciə ilə üzləşdi - Tort şamları əlində partladı

DÜNYA
15:00 21.02.2025
404
Vyetnamın paytaxtı Hanoyda ad günü şənliyi zamanı əlində olan hidrogen balonu partlayan qadının üzü yanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Gianq adlı qadın doğum gününü qeyd edərkən, əlində tutduğu tortun şamları digər əlində hidrogenlə doldurulmuş şarla təmasda olduqu zaman partlayıb.

Hadisədən sonra xəstəxanaya aparılan qadının üzündə, əllərində və qollarında 2-ci dərəcəli yanıqlar olduğu müəyyən edilib.
 
Xəstəxanada müalicə alan qadın hadisədən çox pis təsirləndiyini deyib.
 
Qeyd edək ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, hidrogen qazı heliumdan ucuz olsa da, o, həddindən artıq tez alışır və yanğınla təmasda olduqda partlama riski artır. Ona görə də hidrogen balonlarını qapalı məkanlarda və əyləncə məqsədilə istifadə etmək olmaz.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR