Doğum tarixinə görə necə həyat yoldaşısız? - ARAŞDIRMA

Doğum tarixinə görə necə həyat yoldaşısız? - ARAŞDIRMA
SOSİAL
12:36 03.06.2026
188
Doğum tarixlərinin insan xarakterinə təsiri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Numerologiyada doğum tarixinin rəqəmləri toplanaraq əldə edilən həyat yolu rəqəminin münasibətlərə də təsir etdiyi iddia olunur.

AZXEBER.COM həyat yolu rəqəmini əldə etməyin yolunu oxuculara təqdim edir.
 
Bunun üçün doğum tarixinizdəki bütün rəqəmləri toplayıb, nəticəni bir rəqəmə endirmək lazımıdr.
 
Məsələn, 15.06.1990 tarixində doğulan şəxs üçün hesab belə aparılır:

1+5+0+6+1+9+9+0 = 31
3+1 = 4

Beləliklə, həyat yolu rəqəmi 4 olur.

1 rəqəmi
Lider ruhlu həyat yoldaşısınız. Münasibətlərdə təşəbbüsü ələ almağı sevir, ailənizi qorumağa çalışırsınız.

2 rəqəmi
Həssas və qayğıkeş tərəfdaş hesab olunursunuz. Qarşı tərəfin hisslərinə önəm verir, harmoniyanı qorumağa çalışırsınız.

3 rəqəmi
Şən və ünsiyyətcil həyat yoldaşısınız. Münasibətlərdə romantika və pozitiv enerji yaratmağı sevirsiniz.

4 rəqəmi
Etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınırsınız. Ailə dəyərlərinə sadiq olur, sabitliyi ön planda tutursunuz.

5 rəqəmi
Azadlığı sevən və macərapərəst xarakterə maliksiniz. Münasibətlərdə yenilik və fərqlilik axtarırsınız.

6 rəqəmi
Ailəcanlı və fədakar həyat yoldaşı hesab edilirsiniz. Sevdikləriniz üçün böyük məsuliyyət daşıyırsınız.

7 rəqəmi
Düşüncəli və dərin xarakterə sahibsiniz. Münasibətlərdə emosiyalardan çox anlayış və mənəvi yaxınlığa üstünlük verirsiniz.

8 rəqəmi
Güclü və məqsədyönlü tərəfdaşsınız. Ailənin maddi və mənəvi təminatına xüsusi önəm verirsiniz.

9 rəqəmi
Mərhəmətli və romantik həyat yoldaşısınız. Sevdiklərinizə qarşı anlayışlı davranmağa çalışırsınız.

Aysel
OXŞAR XƏBƏRLƏR