"Onunla o biri dünyada hesablaşacağam demişdim..." - VİDEO

"Onunla o biri dünyada hesablaşacağam demişdim..." - VİDEO
MAQAZİN
13:05 03.06.2026
99
"Onunla o biri dünyada hesablaşacağam demişdim..."
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Doğuş bu gün dünyasını dəyişən jurnalist Reha Muxtar haqqında deyib.
 
Müğənni illər öncə aralarında ədavət yaranan aparıcıya küsülü olmasına baxmayaraq Allahdan rəhmət diləyib:
 
"Reha Muxtar vəfat edib. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Allah günahlarını bağışlasın. İllər əvvəl ona demişdim ki, o biri dünyada hesablaşacağıq. Amma bildiyim qədərilə ağır xəstə idi və bu məni çox üzdü. Ona haqqımı halal edirəm, yeri rahat olsun".
 
Qeyd edək ki, onlar arasında inciklik Doğuşun uşaq evində və küçələrdə yaşadığı həyatı bir televiziya proqramında danışdıqdan sonra Reha Muhtarın ona qarşı bəzi yayım və açıqlamalarına incidiyinə görə yaranmışdı. Doğuş açıqlamasında "Reha Muhtara ahım var" ifadəsini işlətmişdi.
 
Aysel

OXŞAR XƏBƏRLƏR